Gürcüstan təhlükəsizlik sahəsində Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

Gürcüstan təhlükəsizlik sahəsində Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır Azərbaycan səfiri Dursun Həsənov Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili ilə görüşüb
Region
21 Fevral , 2017 18:43
Gürcüstan təhlükəsizlik sahəsində Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

Tbilisi. 21 fevral. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili ilə görüşüb.

Səfirlikdən “Report”un Gürcüstan bürosuna bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, təhlükəsizlik sahəsində əməkdaşlıq və s. məsələlər müzakirə olunub.

Dursun Həsənov ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən yüksək səviyyəli əlaqələrdən danışıb, münasibətlərimizin daha da möhkəmlənməsində dövlət və hökumət üzvlərinin, parlamentin deputatlarının rolunu xüsusi qeyd edib. Diplomat ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşəcəyinə əminliyini söyləyib, Azərbaycanın və Gürcüstanın təhlükəsizlik qurumları arasında da səmərəli əməkdaşlığın zəruriliyini vurğulayıb.

David Rakviaşvili iki ölkənin Təhlükəsizlik şuraları arasındakı yüksək səviyyəli münasibətlərin daha da inkişaf etməsində maraqlı olduqlarını, bunun üçün qarşılıqlı səfərlərin, müvafiq sazişlərin, işçi qrupları səviyyəsində təcrübə mübadiləsinin, birgə konfrans və digər tədbirlərin keçirilməsinin vacibliyini deyib.

O, ölkəsinin təhlükəsizlik sahəsində üç tərəfli formatda - Türkiyə-Gürcüstan-Azərbaycan formatında qurulmuş əlaqələrin daha da inkişaf etdirilməsinə böyük maraq göstərdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi