Gürcüstan Strasburq məhkəməsində Rusiyanı udub

Gürcüstan Strasburq məhkəməsində Rusiyanı udub Avropa İnsan Hüquqları Məhkəməsi 2008-ci il müharibəsi ilə bağlı “Gürcüstan Rusiyaya qarşı” iş üzrə qərarını açıqlayıb.
Region
209
21 Yanvar , 2021 15:04
Gürcüstan Strasburq məhkəməsində Rusiyanı udub

Avropa İnsan Hüquqları Məhkəməsi 2008-ci il müharibəsi ilə bağlı “Gürcüstan Rusiyaya qarşı” iş üzrə qərarını açıqlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, Starsburq məhkəməsi Gürcüstanın Rusiyanın avqust müharibəsi zamanı Avropa konvensiyasının bir neçə maddəsini pozması ilə bağlı tələblərini təmin edib.

Qərara əsasən, Rusiya 2008-ci ilin avqustundakı müharibə zamanı gürcülərə qarşı etnik təmizləmə həyata keçirib.

Məhkəmə həmçinin Gürcüstanın mövqeyini dəstəkləyərək gürcü hərbi əsirlər və mülki şəxslərə qarşı işgəncələr, qeyri-insani davranış, mülki əhalinin hüquq və azadlıqlarının pozulması, müharibə dövründə Gürcüstan vətəndaşlarının qətli ilə bağlı araşdırmalardan imtina edilməsinə görə məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü bildirib.

Gürcüstanın Ədliyyə Nazirliyi tarixi qərarın beynəlxalq-hüquqi mexanizmlərin istifadəsi ilə ölkənin ərazi bütövlüyünün bərpası və münaqişənin həllində çox önəmli vasitə olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi