Gürcüstan sorğu vərəqəsinin ikinci hissəsini Aİ-yə təqdim edib

Gürcüstan sorğu vərəqəsinin ikinci hissəsini Aİ-yə təqdim edib Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı sorğu vərəqəsinin ikinci hissəsini təşkilata təqdim edib.
Region
10 May , 2022 15:14
Gürcüstan sorğu vərəqəsinin ikinci hissəsini Aİ-yə təqdim edib

Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı sorğu vərəqəsinin ikinci hissəsini təşkilata təqdim edib.

“Report”un yerli bürosu xəbər verir ki, sənədi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Aİ-nin bu ölkədəki səfiri Karl Hartzelə təhvil verib.

Hökumət başçısı anketin sonuncu - ikinci hissəsinin vaxtından əvvəl tamamlandığını bildirib.

Qeyd edək ki, İ.Qaribaşvili bu ilin martın 3-də Aİ-yə üzvlüklə bağlı müraciət imzalayıb. Qonşu ölkə üzvlük üçün sorğu vərəqəsini aprelin 11-də təhvil alıb. Anketin birinci hissəsi Aİ-nin Gürcüstandakı səfirinə mayın 2-də təqdim olunub.

Son xəbərlər

Orphus sistemi