Gürcüstan sərhədlərini iyulun 1-də açmağa hazırlaşır

Gürcüstan sərhədlərini iyulun 1-də açmağa hazırlaşır Gürcüstan quru və hava sərhədlərini iyulun 1-də açmağı planlaşdırır.
Region
602
7 May , 2020 15:27
Gürcüstan sərhədlərini iyulun 1-də açmağa hazırlaşır
0 : 00
0 : 00

Gürcüstan quru və hava sərhədlərini iyulun 1-də açmağı planlaşdırır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və turizm naziri Natia Turnava məlumat verib.

Onun sözlərinə görə, bu tarix xarici turistlərin qəbuluna başlanacağı tarixlə üst-üstə düşəcək.

Nazir qonşu ölkələrlə quru sərhədlərdə təhlükəsizlik dəhlizlərinin yaradılacağını da deyib: “Bu istiqamətdə işlər aparılır. Bu dəhlizlər vasitəsilə turistlər Gürcüstana və Gürcüstandan səfərə yollanacaqlar”.

N.Turnava aviauçuşların bərpası üzrə şirkətlərlə danışıqların aparıldığını da qeyd edib.   

Son xəbərlər

Orphus sistemi