Gürcüstan sərhədlərini açmağa hazırlaşmır

Gürcüstan sərhədlərini açmağa hazırlaşmır Gürcüstan hökuməti hava əlaqəsini bərpa edəcək ölkələrin siyahısını genişləndirməyə hələ hazırlaşmır.
Region
2657
7 Sentyabr , 2020 21:06
Gürcüstan sərhədlərini açmağa hazırlaşmır

Gürcüstan hökuməti hava əlaqəsini bərpa edəcək ölkələrin siyahısını genişləndirməyə hələ hazırlaşmır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze “İmedi” telekanalının efirində bildirib.

O, digər ölkələrdə koronavirusun yayılması ilə bağlı vəziyyətin pisləşdiyini deyib:

“Biz digər ölkələrdə dinamikanı müşahidə edirik və görürük ki, vəziyyət yaxşı istiqamətdə inkişaf etmir, əskinə pisləşir. Buna görə də bu gün digər ölkələr üçün sərhədlərin açılması ilə bağlı məsələ gündəlikdə dayanmır”.

Qeyd edək ki, Gürcüstan avqust ayından sərhədlərini yalnız Fransa, Almaniya, Latviya, Litva və Estoniya üçün açıb. Bu 5 ölkəyə Tbilisi hava limanından həftədə 2 dəfə müntəzəm aviareyslər həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi