Gürcüstan sakinlərinə açıq havada da maska taxmaq tövsiyə olunub

Gürcüstan sakinlərinə açıq havada da maska taxmaq tövsiyə olunub “Sakinləri soyuqların düşdüyü dövrdə açıq havada da maska taxmağa çağırıram”.
Region
14 Oktyabr , 2020 12:46
Gürcüstan sakinlərinə açıq havada da maska taxmaq tövsiyə olunub

“Sakinləri soyuqların düşdüyü dövrdə açıq havada da maska taxmağa çağırıram”.

“Report”un yerli bürosu xəbər verir ki, bu çağırışla ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze çıxış edib.

O bildirib ki, bu, infeksiyanın yayılma riskini 50-75% azaldır: “Buna görə də sizdən xahiş edirəm ki, bu sadə qaydaya riayət edin. İkinci qayda – xahiş olunur müəyyən vaxta kütləvi toplantılardan çəkinin. Bir il ərzində izdihamlı toy, yas, doğum günü kimi tədbirlərdən imtina edin. Bu cür tədbirlərin zamanı gələcək, lakin ilk öncə bu dövrü geridə qoymalıyıq”.

Son xəbərlər

Orphus sistemi