​Gürcüstan rəsmisi: "Rusiya ilə diplomatik münasibətlərin bərpasından danışmağa dəyməz"

​Gürcüstan rəsmisi: "Rusiya ilə diplomatik münasibətlərin bərpasından danışmağa dəyməz" Zurab Abaşidze: "Ərazi bütövlüyümüz təmin edilməyənədək Rusiya ilə diplomatik münasibətlər qaydasına düşməyəcək"
Region
26 Yanvar , 2016 18:52
​Gürcüstan rəsmisi: Rusiya ilə diplomatik münasibətlərin bərpasından danışmağa dəyməz

Bakı. 26 yanvar. REPORT.AZ/ "Gürcüstanın ərazi bütövlüyü bərpa edilməyənədək Rusiya ilə diplomatik münasibətlər qaydasına düşməyəcək".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstan baş nazirinin Rusiya ilə danışıqlar üzrə xüsusi təmsilçisi Zurab Abaşidze yerli telekanalların birinə müsahibəsində deyib.

"2008-ci ildə Rusiya ilə kəsilən diplomatik münasibətlərin bərpasından danışmağa dəyməz. Ancaq bu, müəyyən mərhələdə ola bilər. Bunu rusiyalı həmkarlarım da bilir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 26-da keçirdiyi mətbuat konfransında Gürcüstan vətəndaşlarına vizasız rejimin tətbiqi ilə bağlı məsələyə münasibət bildirərəkən deyib: "Biz perspektivdə vizasız rejimi tətbiq etməyə hazırıq. Ancaq bu addımı diplomatik münasibət olmadığı halda atmaq qəribə olardı".

Son xəbərlər

Orphus sistemi