Gürcüstan Qara dənizdə süni ada yaratmaq istəyir

Gürcüstan Qara dənizdə süni ada yaratmaq istəyir Gürcüstanın Batumi şəhərində, Qara dənizin sahilində süni adanın yaradılması planlaşdırılır.
Region
21 Sentyabr , 2021 13:21
Gürcüstan Qara dənizdə süni ada yaratmaq istəyir

Gürcüstanın Batumi şəhərində, Qara dənizin sahilində süni adanın yaradılması planlaşdırılır.

“Report”un yerli bürosu xəbər verir ki, ada Dubayın məşhur Palmalar adasının analoqu olacaq.

Acarıstan Muxtar Respublikasının hökumət başçısı Tornike Rijvadze bildirib ki, adanın inşası ilə bağlı artıq konkret investisiya şirkəti ilə razılıq əldə olunub: “Layihəyə bir neçə yüz milyon dollar həcmində sərmayənin qoyulması nəzərdə tutulub”.

O qeyd edib ki, unikal layihə ilə bağlı müvafiq araşdırmalara bu il başlanılacaq.

Feysbuk sosial şəbəkəsinin Gürcüstan seqmentində süni adanın qrafik eskizləri yayılıb və istifadəçilərin aktiv müzakirəsinə səbəb olub.

Son xəbərlər

Orphus sistemi