Gürcüstan prezidentinin sözçüsü işdən azad edilib

Gürcüstan prezidentinin sözçüsü işdən azad edilib Xatiya Moistsrapişvili artıq Gürcüstan prezidenti Salome Zurabişvilinin sözçüsü vəzifəsini tutmur.
Region
9 Sentyabr , 2019 15:17
Gürcüstan prezidentinin sözçüsü işdən azad edilib

Xatiya Moistsrapişvili artıq Gürcüstan prezidenti Salome Zurabişvilinin sözçüsü vəzifəsini tutmur.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə prezidentin KİV ilə əlaqələr üzrə müşaviri İrina Şengeliya məlumat verib.

Onun sözlərinə görə, X.Moistsrapişvili artıq mətbuat katibi olmasa da, administrasiyada - kommunikasiya şöbəsində fəaliyyətini davam etdirəcək.

Bununla belə, prezidentin müşaviri nə qərarın səbəbini, nə də vəzifəyə kimin təyin olunacağını açıqlayıb.

Qeyd edək ki, X.Moistsrapişvili 2019-cu ilin yanvar ayından S.Zurabişvilinin mətbuat katibi işləyirdi.

Son xəbərlər

Orphus sistemi