Gürcüstan prezidentinin kürəkəni xəstəxanadan çıxıb

Gürcüstan prezidentinin kürəkəni xəstəxanadan çıxıb Mindiya Qoqoçuri və dostu yanvarın 12-nə keçən gecə Tbilisidə atışma nəticəsində yaralanıblar
Region
16 Yanvar , 2017 12:48
Gürcüstan prezidentinin kürəkəni xəstəxanadan çıxıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Gürcüstan prezidentinin kürəkəni Mindiya Qoqoçuri ayağından aldığı güllə yarasına görə əməliyyat olunduğu Respublika Xəstəxanasından çıxıb.

Bu barədə "Report" "Qruziya-Online" portalına istinadən xəbər verir.

Xatırladaq ki, M.Qoqoçuri və dostu Mixail Tatrişvili yanvarın 12-nə keçən gecə Tbilisidə atışma nəticəsində yaralanıblar və sonradan Respublika Xəstəxanasının təcili tibbi yardım mərkəzinə çatdırılıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanada hər iki zərərçəkmişin ifadəsini alıb.

Gürcüstan Cinayət Məcəlləsinin iki maddəsi - "sağlamlığa yüngül zərərvurma" və "qanunsuz şəkildə odlu silah əldə etmə, saxlama və daşıma" üzrə cinayət işi açılıb. Təqsirkarları 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi