Gürcüstan Prezidentinə milyon lari pul verilib

Gürcüstan Prezidentinə milyon lari pul verilib Tbilisi. 9 yanvar. REPORT.AZ/ Gürcüstan Prezidenti Salome Zurabişviliyə dövlət büdcəsindən bir milyon lari məbləğində (375 246 dollar) vəsait köçürülüb.
Region
9 Yanvar , 2019 12:12
Gürcüstan Prezidentinə milyon lari pul verilib
0 : 00
0 : 00

Tbilisi. 9 yanvar. REPORT.AZ/ Gürcüstan Prezidenti Salome Zurabişviliyə dövlət büdcəsindən bir milyon lari məbləğində (375 246 dollar) vəsait köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məbləğ S.Zurabişvilinin prezident seçkiləri zamanı xərclədiyi vəsaitlərin ödənilməsi məqsədi ilə verilib. Prezidentlə yanaşı, seçkilərdə ən azı 10% səs toplayan müxalif Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeyə də eyni məbləğdə vəsait təqdim olunub.

S.Zurabişvilinin ona ödənilən vəsait hesabına “Cartu Bank”dan götürdüyü 1 mln. lari məbləğində krediti qaytardığı bildirilir.

Qeyd edək ki, qonşu ölkədə ötən ilin noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turunda S.Zurabişvili 59,52%, Q.Vaşadze 40,48% səs toplayıb. Seçkilərin birinci turunda iştirak etmiş D.Bakradze isə ən azı 10% səs qazanıb. 

Son xəbərlər

Orphus sistemi