Gürcüstan prezidenti payızda ABŞ-a səfər edəcək

Gürcüstan prezidenti payızda ABŞ-a səfər edəcək Gürcüstan prezidenti Sаlome Zurabaşvilinin ABŞ-a səfərinin təxirə salınması barədə yayılan informasiya həqiqəti əks etdirmir”.
Region
2 May , 2019 17:51
Gürcüstan prezidenti payızda ABŞ-a səfər edəcək

Gürcüstan prezidenti Sаlome Zurabaşvilinin ABŞ-a səfərinin təxirə salınması barədə yayılan informasiya həqiqəti əks etdirmir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti jurnalistlərə bildirib.

“Prezidentin səfəri ilə bağlı hazırlıq işləri diplomatik kanallarla davam edir. Səfərin təxirə salınması bardə informasiya həqiqəti əks etdirmir”, - Mətbuat xidməti vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın “Rustavi-2” telekanalı Salome Zurabaşvilinin ABŞ-a cari ilin payızına planlaşdırılan səfərinin təxirə salındığı barədə xəbər yaymışdı.

Xatırladaq ki, o, aprelin 30-da ABŞ-ın hərbi bazasının Gürcüstan ərazisində yerləşdirilməsinin məqsədəuyğun olmadığını və bunun təxribat kimi qəbul edilə biləcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi