Gürcüstan prezidenti müxalifətin etiraz etdiyi qanuna veto qoymayıb

Gürcüstan prezidenti müxalifətin etiraz etdiyi qanuna veto qoymayıb O, bu barədə keçirdiyi xüsusi brifinqdə bildirib
Region
7 May , 2021 20:50
Gürcüstan prezidenti müxalifətin etiraz etdiyi qanuna veto qoymayıb
Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili İnzibati Xətalar Məcəlləsinə qəbul olunan düzəlişlərə veto qoymaq hüququndan istifadə etməyib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə keçirdiyi xüsusi brifinqdə bildirib.

Dövlət başçısının sözlərinə görə, qərardan öncə bütün tərəflərin arqumentlərini dinləyib.

O qeyd edib ki, düzəlişlər ölkə Konstitusiyasına zidd deyil və veto üçün hüquqi əsaslar yetərli olmayıb.

Qeyd edək ki, aprelin 29-da Gürcüstan parlamentinin adıçəkilən məcəlləyə qəbul etdiyi düzəlişlərlə kiçik xuliqanlıq və polisə müqavimətə görə cəzalar sərtləşdirilib. Müxalifət təmsilçilərinin fikrincə, düzəlişlərin məqsədi ölkədə etirazların qarşısını almaqdır və bu səbəbdən qanuna veto qoyulmasını tələb edirlər.

Son xəbərlər

Orphus sistemi