Gürcüstan prezidenti müxalifətçini əfv edəcək

Gürcüstan prezidenti müxalifətçini əfv edəcək Bu barədə dövlət başçısının yaydığı bəyanatda bildirilib
Region
549
21 Aprel , 2021 20:31
Gürcüstan prezidenti müxalifətçini əfv edəcək
Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili aprelin 27-də müxalifətçi Giorgi Ruruanı əvf edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə dövlət başçısının yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, hakimiyyətlə siyasi böhrandan çıxış üzrə razılaşmanı imzalayan siyasi partiyalar parlamentin aprelin 27-də keçiriləcək plenar iclasına qatılacaqlar və əvf sərəncamı də həmin gün imzalanacaq.

Qeyd edək ki, G.Rurua Gürcüstanın müxalif “Mtavari arxi” telekanalının təsisçilərindən biridir. O, 2019-cu ilin noyabrında odlu silahın qanunsuz əldə olunması, saxlanılması faktı ilə bağlı həbs olunub və ötən ilin iyulunda 4 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi