Gürcüstan prezidenti: “Bölgənin dinc Qafqaza ehtiyacı var”

Gürcüstan prezidenti: “Bölgənin dinc Qafqaza ehtiyacı var” “Bizim bölgənin və dünyanın dinc, sabit və demokratik Qafqaza ehtiyacı var”.
Region
673
18 Noyabr , 2020 11:56
Gürcüstan prezidenti: “Bölgənin dinc Qafqaza ehtiyacı var”
Mayk Pompeo və Salome Zurabişvili
0 : 00
0 : 00

“Bizim bölgənin və dünyanın dinc, sabit və demokratik Qafqaza ehtiyacı var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdə deyib.

Onun sözlərinə görə, dövlət katibinin bölgədəki yeni vəziyyət fonunda Gürcüstana səfərinin əhəmiyyəti artıb: “Sülh və siyasi-iqtisadi inkişaf bizim ümumi maraqlarımıza cavab verir. Gürcüstan bu maraqların qorunması üçün ABŞ-ın layiqli və etibarlı tərəfdaşı olaraq qalır”.

S.Zurabişvili Gürcüstanın ərazi bütövlüyünə dəstəyə görə M.Pompeoya təşəkkür edib. O, Gürcüstan və ABŞ arasında mövcud əməkdaşlığın yeni səviyyəyə yüksələcəyinə ümidvarlıq ifadə edib.

Son xəbərlər

Orphus sistemi