Gürcüstan prezidenti baş nazirin istefasına münasibət bildirib

Gürcüstan prezidenti baş nazirin istefasına münasibət bildirib Polşada rəsmi səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir Mamuka Baxtadzenin istefasına münasibət bildirib.
Region
2 Sentyabr , 2019 15:16
Gürcüstan prezidenti baş nazirin istefasına münasibət bildirib

Polşada rəsmi səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir Mamuka Baxtadzenin istefasına münasibət bildirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, dövlət başçısı istefanın qiymətləndirilmədiyini deyib.

S.Zurabişvili baş nazirin istefası ilə bağlı qərarın onun öz qərarı olduğunu vurğulayıb. O əlavə edib ki, prezidentlər daxili siyasi proseslər barədə xaricdə bəyanat vermir.

Yeni baş nazirin təyin olunmasına gəlincə, prezident bildirib ki, M.Baxtadzeni kimin əvəzləyəcəyini bilmək üçün gözləmək lazımdır: “Mən də gözləyirəm”.

Son xəbərlər

Orphus sistemi