Gürcüstan Patriarxlığı hökumətdən Tbilisidə cinsi azlıqların paradının qarşısını almağı tələb edib

Gürcüstan Patriarxlığı hökumətdən Tbilisidə cinsi azlıqların paradının qarşısını almağı tələb edib Gürcüstan hökumətindən iyunun 18-23-də Tbilisidə keçirilməsi planlaşdırılan cinsi azlıqların paradının qarşısını almağı tələb edirik.
Region
14 İyun , 2019 13:27
Gürcüstan Patriarxlığı hökumətdən Tbilisidə cinsi azlıqların paradının qarşısını almağı tələb edib

Gürcüstan hökumətindən iyunun 18-23-də Tbilisidə keçirilməsi planlaşdırılan cinsi azlıqların paradının qarşısını almağı tələb edirik.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının bu gün yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, Gürcüstanda cinsi azlıq nümayəndələrinin paradı qətiyyən yolverilməzdir: “Təəssüflər olsun ki, bəzi LGBT qrupları və onları dəstəkləyənlər xarici ölkələrə onların Gürcüstanda guya sıxışdırılması və təqib olunmaları ilə bağlı məlumatlar təqdim edirlər. Onlar fəaliyyətlərini ayrı-seçkiliyə qarşı mübarizə kimi göstərməyə və həyat tərzlərini təbliğ etməyə çalışırlar”.

Patriarxlıq cinsi azlıqların paradının ölkə ictimaiyyətinin narahatlığı və narahatçılığına səbəb olacağını bildirib: “Hökuməti bu tədbirin qarşısını almağa çağırırıq. Biz həmçinin Gürcüstanda akkreditə olunmuş bütün səfirliklər, beynəlxalq təşkilatlar, ombudsman və digər qurumlarını da məsələyə həssas yanaşmağa və bu cür tədbirləri təşviq etməməyə çağırırıq. Belə etməklə onlar Gürcüstan xalqına hörmətlərini ifadə etmiş olacaqlar”.

Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi paradın keçirilməsini tövsiyə etməsə də, cinsi azlıqlar aksiyanı təşkil etmək niyyətindədirlər. 

Son xəbərlər

Orphus sistemi