Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu ölkədə rəsmi səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ilə görüş keçirib.
“Report”un yerli bürosu xəbər verir ki, tərəflər bölgədə baş verən hadisələr, regional sülh və sabitliyə nail olunması üçün atılmış addımları müzakirə ediblər.
Görüşdə Gürcüstan və Ermənistan arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.
İkitərəfli münasibətlərin bundan sonra da inkişafına hazırlıq ifadə olunub.