"Gürcüstan Cənubi Qafqazda dinc əməkdaşlıq və birgəyaşayışın tərəfdarıdır".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İrəvanda Ermənistan Prezidenti Vahaqn Xaçaturyanla görüşdə deyib.
O, bu baxımdan Gürcüstan Baş nazirinin regionda üç ölkə arasında dialoqu nəzərdə tutan sülh təşəbbüsünün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə Gürcüstan və Ermənistan arasında tarixi və dostluq münasibətləri qeyd olunub. Tərəflər qarşılıqlı münasibətlərin bundan sonra da inkişafına hazırlıq ifadə ediblər.