Gürcüstan parlamentinin iclası başlayıb, müxalifət zaldan çıxarılıb

Gürcüstan parlamentinin iclası başlayıb, müxalifət zaldan çıxarılıb Gürcüstan parlamentinin bu gün saat 12:00-a təyin olunan növbədənkənar iclası üç saat gecikmədən sonra başlayıb.
Region
12 İyul , 2021 15:12
Gürcüstan parlamentinin iclası başlayıb, müxalifət zaldan çıxarılıb

Gürcüstan parlamentinin bu gün saat 12:00-a təyin olunan növbədənkənar iclası üç saat gecikmədən sonra başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb qanunverici orqanın iclas zalında baş verən qarşıdurma olub.

Gərginlik zamanı müxalifət partiyalarından olan deputatlar spikerin kürsüsünü tutaraq hökumətin istefasını tələb ediblər.

Müxalifəti təmsil edən millət vəkillərinin bir qismi zaldan çıxarılıb.

İclasda 85 deputat iştirak edir.

Son xəbərlər

Orphus sistemi