Gürcüstan parlamentinin deputatı Baş Prokurorluğa çağırılıb

Gürcüstan parlamentinin deputatı Baş Prokurorluğa çağırılıb Gürcüstan parlamentinin deputatı Eka Beselia Baş Prokurorluğa çağırılıb.
Region
25 Sentyabr , 2019 10:31
Gürcüstan parlamentinin deputatı Baş Prokurorluğa çağırılıb

Gürcüstan parlamentinin deputatı Eka Beselia Baş Prokurorluğa çağırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Deputat Baş Prokurorluğa sentyabrın 24-də səsləndirdiyi fikirlərlə bağlı dəvət olunub. E.Beselia ötən gün hakim komandanın üzvlərinin şəxsi həyatı əks etdirən kadrlarla şantaj olunduqlarını deyib. O, konkret detallar barədə danışmasa da, bu məsələnin bir neçə şəxsə aid olduğunu qeyd edib. Parlament üzvü bu həftə ərzində Baş Prokurorluğa gələ bilməyəcəyini bildirib.

E.Beselianın gələn həftə Baş Prokurorluğa gedəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi