Gürcüstan parlamentinə yeni sədr seçildi

Gürcüstan parlamentinə yeni sədr seçildi Kaxa Kuçava Gürcüstan parlamentinin yeni sədri seçilib
Region
27 Aprel , 2021 14:11
Gürcüstan parlamentinə yeni sədr seçildi
Kaxa Kuçava

Kaxa Kuçava Gürcüstan parlamentinin yeni sədri seçilib.

“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanın plenar iclasında onun namizədliyini 86 deputat dəstəkləyib, 6 deputat isə əleyhinə səs verib.

Qeyd edək ki, parlamentin keçmiş sədri Arçil Talakvadze aprelin 24-də istefa verib.

K.Kuçava 2016-cı ildən parlamentdə təmsil olunur. O, ötən ilin dekabrından vitse-spiker vəzifəsini tutub. 42 yaşlı siyasətçi bu ilin yanvarından hakim Gürcü Arzusu Partiyasının Siyasi Şurasında təmsil olunur.

Son xəbərlər

Orphus sistemi