Gürcüstan parlamentində deputatlar arasında qarşıdurma baş verib - FOTO

Gürcüstan parlamentində deputatlar arasında qarşıdurma baş verib - FOTO Gürcüstan parlamentinin büro iclasında deputatlar arasında qarşıdurma baş verib.
Region
25 İyun , 2019 19:55
Gürcüstan parlamentində deputatlar arasında qarşıdurma baş verib - FOTO

Gürcüstan parlamentinin büro iclasında deputatlar arasında qarşıdurma baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, mübahisə Vahid Milli Hərəkat Partiyasının deputatı Roman Qotsiridze və parlament çoxluğunun üzvü Akaki Zoidze arasında yaranıb.

Mübahisə zamanı parlament üzvləri bir-birinin ünvanına təhqiramiz ifadələr işlədiblər.

Parlament sədri Arçil Talakvadze R.Qotsiridzedən iclas zalından çıxmasını tələb edib. Lakin vəziyyət sakitləşdiyindən müxalif deputat zalı tərk etməyib və iclas davam etdirilib.

Büro iclasında deputat Nika Melianın həbsi ilə bağlı Baş Prokurorluğun təqdim etdiyi müraciətə baxılır. 

Son xəbərlər

Orphus sistemi