Gürcüstan parlamentinin növbədənkənar plenar iclası keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, toplantıda yeni hökumətin tərkibinə etimad məsələsi müzakirə olunur.
Etimad üçün ən azı 76 deputatın dəstəyi tələb olunur.
İclasda həmçinin 2021-2024-cü illər üzrə hökumət proqramı da nəzərdən keçirilir.
Qeyd edək ki, Gürcüstan hökumətinin yeni tərkibi və proqramı qanunverici orqana dekabrın 18-də təqdim olunub.