Gürcüstan parlamenti növbədənkənar iclasında birinci oxunuşda taksilərdə, su nəqliyyatında və şəxsi nəqliyyat vasitələrində yetkinlik yaşına çatmayanların tütün məmulatlarından istifadəsini qadağan edib.
"Report" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Taksi və su nəqliyyatında siqaret çəkmək 200 lari (64 ABŞ dollarından çox), azyaşlıların yanında şəxsi avtomobildə yeni qaydalara etinasızlıq 50 lari (16 ABŞ dollarından çox) cərimələnəcək. İl ərzində təkrar pozuntular halında pul sanksiyaları ikiqat artacaq.
Gürcüstanda 2018-ci ildən siqaretə qarşı mübarizə gücləndirilib. Restoran, bar və kafelərdə siqaret çəkməyi qadağan edən ilk qanun da həmin dövrdə qəbul edilib. Daha sonra hökumət tütün məmulatlarına aksiz vergisini artırıb.