Gürcüstan parlamenti sədrinin keçmiş müavini vəfat edib

Gürcüstan parlamenti sədrinin keçmiş müavini vəfat edib O, “Point sentr qrup” tikinti şirkətinin yaradıcısıdır
Region
13 Aprel , 2017 13:46
Gürcüstan parlamenti sədrinin keçmiş müavini vəfat edib

Bakı. 13 aprel. REPORT.AZ/ Gürcüstan parlementi sədrinin keçmiş müavini Vaxtanq Rçeulişvili 63 yaşında vəfat edib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, o, bir neçə həftə əvvəl xəstəxanaya yerləşdirilmişdi.

İnformasiyaya əsasən, V.Rçeulişvili “Point sentr qrup” tikinti şirkətinin yaradıcısıdır. O, 1992-1995-ci illərdə parlament sədrinin müavini olub.

Qeyd edəki, “Point sentr qrup”nun başçısı, Gürcüstan parlamenti sədrinin digər keçmiş müavini Rusudan Kervalişvili və bacısı Mayya Rçeulişvili dələduzluqda ittiham olunaraq, hər biri 4 il azadlıqdan məhrum edilib. Bacı-qardaş Tbilisidə yaşayış kompleksi tikmək adı altında vətəndaşlara qarşı 4,5 milyon dollarlıq dələduzluq etməkdə təqsirli biliniblər. 

Son xəbərlər

Orphus sistemi