Gürcüstan parlamenti müxalif deputatın toxunulmazlığını ləğv edib

Gürcüstan parlamenti müxalif deputatın toxunulmazlığını ləğv edib Məsələni 88 deputat dəstəkləyib, 2 deputat isə əleyhinə səs verib
Region
16 Fevral , 2021 16:19
Gürcüstan parlamenti müxalif deputatın toxunulmazlığını ləğv edib

Gürcüstan parlamentinin bugünkü iclasında müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın deputat toxunulmazlığı ləğv edilib.

“Report”un yerli bürosu xəbər verir ki, məsələni 88 deputat dəstəkləyib, 2 deputat isə əleyhinə səs verib.

Qanunverici orqanın bu qərarından sonra Baş Prokurorluğa N.Meliya ilə bağlı həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etmək imkanı verilir.

Qeyd edək ki, 2019-cu ilin iyununda müxalif siyasətçi zorakılıqda iştirak itithamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə o, 30 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb. N.Meliya həmçinin elektron qolbaqla nəzarətdə saxlanılıb. Müxalifətçi ötən ilin noyabrında qolbağı çıxarıb. Bundan sonra girovun məbləği 40 min lariyə qədər artırılıb və ödənilməsi üçün 50 gün müəyyən edilib. Müddət fevralın 12-də başa çatıb. N.Meliya girovu ödəməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi