Gürcüstan parlamenti buraxılış imtahanlarının ləğvini təsdiqləyib

Gürcüstan parlamenti buraxılış imtahanlarının ləğvini təsdiqləyib Gürcüstan parlamenti üçüncü oxunuşda hökumətin orta məktəblərdə buraxılış imtahanlarının ləğvi ilə bağlı təşəbbüsünü dəstəkləyib.
Region
8 Aprel , 2019 15:21
Gürcüstan parlamenti buraxılış imtahanlarının ləğvini təsdiqləyib

Gürcüstan parlamenti üçüncü oxunuşda hökumətin orta məktəblərdə buraxılış imtahanlarının ləğvi ilə bağlı təşəbbüsünü dəstəkləyib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 80 deputat qanun layihəsinin lehinə, 8-i isə əleyhinə səs verib.

Qeyd edək ki, qanun layihəsi üzrə səsvermə aprelin 5-də keçirilsə də, onun təsdiq olunması üçün səslər yetərli olmayıb.

Xatırladaq ki, Gürcüstanda orta məktəblərdə buraxılış imtahanları 11 və 12-ci siniflərdə keçirilirdi. “Ümumi təhsil haqqında” qanunun qüvvəyə minməsindən sonra attestat almaq üçün şagirdlər bütün fənnlər üzrə 10 ballıq sistem üzrə 5 baldan çox qiymət almalıdırlar. Əvvəlki illərdə buraxılış imtahanlarından kəsilən şagirdlər də bütün fənnlərdən 5-dən çox bal qazanıblarsa, attestat ala biləcəklər. 

Son xəbərlər

Orphus sistemi