Gürcüstan parlamenti 2019-cu ilin dövlət büdcəsini təsdiq edib

Gürcüstan parlamenti 2019-cu ilin dövlət büdcəsini təsdiq edib Tbilisi. 13 dekabr. REPORT.AZ/ Gürcüstan parlamenti 2019-cu il üçün dövlət büdcə layihəsini təsdiq edib.
Region
13 Dekabr , 2018 14:20
Gürcüstan parlamenti 2019-cu ilin dövlət büdcəsini təsdiq edib
0 : 00
0 : 00

Tbilisi. 13 dekabr. REPORT.AZ/ Gürcüstan parlamenti 2019-cu il üçün dövlət büdcə layihəsini təsdiq edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 91 deputat sənədin lehinə, 9-u isə əleyhinə səs verib.

Qonşu ölkənin gələn ilki büdcəsinin həcmi 13 mlrd. 90 mln. lari (təxminən 5 mlrd. dollar) təşkil edir ki, bu da ötən illə müqayisədə 600 mln. lari çoxdur. Büdcə layihəsinə əsasən, sosial, təhsil və səhiyyə sahələrinə daha çox vəsait xərclənəcək.

Qeyd edək ki, ötən gün qanunverici orqanda büdcə layihəsinin son variantı nəzərdən keçirilsə də, yetərsay olmaması səbəbindən sənəd üzrə səsvermə baş tutmayıb. 

Son xəbərlər

Orphus sistemi