Gürcüstan NATO standartlarına uyğun yeni hərbi texnika alacaq

Gürcüstan NATO standartlarına uyğun yeni hərbi texnika alacaq “Gürcüstan bu il NATO standartlarına uyğun bir neçə yüz yeni hərbi texnika almağı planlaşdırır”.
Region
180
3 İyun , 2020 11:58
Gürcüstan NATO standartlarına uyğun yeni hərbi texnika alacaq

“Gürcüstan bu il NATO standartlarına uyğun bir neçə yüz yeni hərbi texnika almağı planlaşdırır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İrakli Qaribaşvili “Rustavi 2” telekanalının efirində bildirib.

Nazirin sözlərinə görə, Müdafiə Qüvvələri ölkədə koronavirusun yayılmasının qarşısının alınmasına mühüm töhfə veriblər və proses zamanı bəzi texniki problemlər müəyyən edilib:

“Cari ildə əsas vəzifələrdən biri köhnəlmiş hərbi texnikaların yeniləri ilə əvəzlənməsidir. Biz NATO və Avropa standartlarına uyğun xüsusi texnika və avadanlıq almağa hazırlaşırıq. Ordumuz müasir texnika ilə vəzifələrinin öhdəsində daha layiqincə gələcək”.

Son xəbərlər

Orphus sistemi