Gürcüstan müxalifəti seçki sisteminin dəyişdirilməsini tələb edir

Gürcüstan müxalifəti seçki sisteminin dəyişdirilməsini tələb edir Gürcüstanın 20 müxalifət partiyası proporsional seçki sisteminə keçid tələbi ilə bağlı 300 min imza toplayıb.
Region
13 İyun , 2019 13:06
Gürcüstan müxalifəti seçki sisteminin dəyişdirilməsini tələb edir

Gürcüstanın 20 müxalifət partiyası proporsional seçki sisteminə keçid tələbi ilə bağlı 300 min imza toplayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu gün imzalar Gürcüstan parlamentinə təqdim olunub.

Müxalifət seçki sisteminin 2020-ci ildən etibarən dəyişdirilməsini tələb edir.

Yeni Sağlar Partiyasının üzvü Mamuka Katsitadze jurnalistlərə bildirib ki, imzaların sayının milyona çatdırılması üçün imzatoplama kampaniyası davam etdirilir.

Gürcüstan parlamenti 10 gün ərzində imzaların etibarlılığını yoxlayacaq.

Son xəbərlər

Orphus sistemi