Gürcüstan müxalifəti prezident seçkilərinin nəticələrini tanımadığını elan edib

Gürcüstan müxalifəti prezident seçkilərinin nəticələrini tanımadığını elan edib Tbilisi. 29 noyabr. REPORT.AZ/ Gürcüstanın birləşmiş müxalifəti ötən gün keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadığını bildirib.
Region
29 Noyabr , 2018 19:06
Gürcüstan müxalifəti prezident seçkilərinin nəticələrini tanımadığını elan edib

Tbilisi. 29 noyabr. REPORT.AZ/ Gürcüstanın birləşmiş müxalifəti ötən gün keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadığını bildirib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Vahid Milli Hərəkat Partiyasının prezidentliyə namizədi olan Qriqol Vaşadze Tbilisidə Filarmoniya binasında tərəfdarları ilə keçirdiyi görüşdə deyib.

O, birləşmiş müxalifətin ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etdiyini bildirib.

Q.Vaşadze bu həftənin bazar günü Rustaveli prospektində eyni tələblə kütləvi dinc aksiyanın keçiriləcəyini elan edib.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili  59,52%, Qirqol Vaşadze isə 40,48% səs əldə edib.

Son xəbərlər

Orphus sistemi