Gürcüstanda müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma olub - YENİLƏNİB

Gürcüstanda müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma olub - YENİLƏNİB Gürcüstanın müxalifət liderləri və tərəfdarları ölkə parlamentinin binası ətrafında piket keçirir
Region
2 Mart , 2021 10:05
Gürcüstanda müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma olub - YENİLƏNİB
0 : 00
0 : 00

Gürcüstan parlamentinin ətrafında vəziyyət gərginləşib.

“Report”un yerli bürosu xəbər verir ki, avtomobil yolunu bağlamağa cəhd edən piketçilər və polis arasında fiziki qarşıdurma baş verib.

İnsident zamanı bir neçə nəfər saxlanılaraq ərazidən uzaqlaşdırılıb.

Qanunverici orqanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Deputatlar parlamentin binasına aksiyaçıların fit səsləri və “Qullar!” şüarı fonunda daxil olurlar.

09:30

Gürcüstanın müxalifət liderləri və tərəfdarları ölkə parlamentinin binası ətrafında piket keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanın bütün girişlərində polis qüvvələri səfərbər olunub.

Dinc aksiyada müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması və növbədənkənar parlament seçkiləri tələb olunur.

Müxalifət analoji piketi martın 5-nə hökumət binasının qarşısında təyin edib.

Son xəbərlər

Orphus sistemi