Gürcüstan müxalifəti parlamentdəki səlahiyyətlərini dayandırıb

Gürcüstan müxalifəti parlamentdəki səlahiyyətlərini dayandırıb Gürcüstanın müxalifət partiyaları parlamentdə səlahiyyətlərini ictimai formada dayandırıblar.
Region
432
11 Dekabr , 2020 12:24
Gürcüstan müxalifəti parlamentdəki səlahiyyətlərini dayandırıb

Gürcüstanın müxalifət partiyaları parlamentdə səlahiyyətlərini ictimai formada dayandırıblar.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı birgə memorandum imzalanıb.

Sənədə əsasən, deputat mandatlarından Vahid Milli Hərəkat, Avropalı Gürcüstan, “Aqmaşenebeli strategiyası” hərəkatı, “Lelo” və Leyboristlər Partiyası imtina edib.

“Qirçi”, “Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı və Vətənpərvərlər Alyansı parlamenti boykota qoşulsalar da, sənədi imzalamayıblar.

Qeyd edək ki, deputat mandatları əldə etmiş 8 müxalifət partiyası parlament seçkilərinin nəticələrini tanımayıb. Bu günə qədər iqtidar və müxalifət arasında 4 dəfə danışıqlar aparılsa da, heç bir razılıq əldə olunmayıb. Tərəflərin növbəti dialoqunun dekabrın 14-də keçiriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi