Gürcüstan müxalifəti parlament iclaslarını boykot edib

Gürcüstan müxalifəti parlament iclaslarını boykot edib Gürcüstanın parlament müxalifəti qanunverici orqanın iclaslarını boykot edib.
Region
4 Sentyabr , 2019 10:54
Gürcüstan müxalifəti parlament iclaslarını boykot edib

Gürcüstanın parlament müxalifəti qanunverici orqanın iclaslarını boykot edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu gün parlamentdə nazir vəzifələrinə namizədlərin çıxışları başlayıb.

Namizədlərin çıxışları növbəti günlərdə də davam etdiriləcək. Parlamentin yeni hökumətə sentyabrın 8-də etimad göstərəcəyi gözlənilir. Nazirlər Kabinetinin təsdiqi üçün parlamentin 76 üzvünün səsi tələb olunur.

Parlamentin binası qarşısında müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri və tərəfdarları etiraz aksiyası keçirilər.

Qeyd edək ki, Gürcüstan müxalifəti daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edir. Müxalifət hökumət başçısı postuna namizədin dəyişdirilməsini tələb edir. 

Son xəbərlər

Orphus sistemi