Bu gün Gürcüstan müxalifəti mitinq keçirəcək

Bu gün Gürcüstan müxalifəti mitinq keçirəcək Gürcüstan müxalifəti bu gün saat 15:00-da hökumət binasının qarşısında mitinq keçirməyi planlaşdırır
Region
23 Fevral , 2021 10:14
Bu gün Gürcüstan müxalifəti mitinq keçirəcək

Gürcüstan müxalifəti bu gün saat 15:00-da hökumət binasının qarşısında mitinq keçirməyi planlaşdırır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderlərindən biri Xatiya Dekanoidze bildirib.

Onun sözlərinə görə, bu gün bütün dünya Nika Meliyanın həbsi məqsədilə VMHP-nin ofisinə polis basqınını gördü: “Ölkənin və uşaqların taleyinə biganə olmayan hər kəsi hökumət binasının qarşısına gəlməyə çağırıram. Biz vətənimizin azadlığı naminə mütləq mübarizə aparmalıyıq”.

Son xəbərlər

Orphus sistemi