Gürcüstan müxalifəti hakim partiya ilə koalisiya hökumətindən imtina edə bilər

Gürcüstan müxalifəti hakim partiya ilə koalisiya hökumətindən imtina edə bilər Gürcüstanın müxalif Avropalı Gürcüstan və Azad Demokratlar partiyaları digər müxalif siyasi təşkilatları hakim Gürcü Arzusu Partiyası ilə koalisiya hökuməti yaratmaqdan imtina etməyə çağırıb.
Region
13 Sentyabr , 2019 11:58
Gürcüstan müxalifəti hakim partiya ilə koalisiya hökumətindən imtina edə bilər

Gürcüstanın müxalif Avropalı Gürcüstan və Azad Demokratlar partiyaları digər müxalif siyasi təşkilatları hakim Gürcü Arzusu Partiyası ilə koalisiya hökuməti yaratmaqdan imtina etməyə çağırıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu çağırış Avropalı Gürcüstan Partiyasının qərargahında keçirilən brifinqdə səsləndirilib.

Partiya liderlərindən biri Giqi Uqulava deyib ki, digər müxalif liderlər gələn il keçiriləcək parlament seçkilərindən sonra hakim partiya ilə koalisiya hökumətinə gedib-getməyəcəyi ilə bağlı mövqelərini açıqlamalıdır.

Hər iki partiya Qərb meylli digər müxalif partiyalarla bu məsələ ilə bağlı məsləhətləşmələr aparmağa və memorandum layihəsi üzərində iş aparmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, 2020-ci ildə Gürcüstanda proporsional qaydada parlament seçkiləri keçiriləcək. Seçkilərdən sonra qonşu ölkədə koalisiya hökumətinin yaradılacağı istisna olunmur.

Son xəbərlər

Orphus sistemi