Gürcüstan müxalifəti dinc nümayişlər keçirəcək

Gürcüstan müxalifəti dinc nümayişlər keçirəcək Gürcüstan müxalifəti fevralın 25-də dinc aksiyalar keçirməyi planlaşdırır
Region
684
15 Fevral , 2021 14:35
Gürcüstan müxalifəti dinc nümayişlər keçirəcək
Nika Meliya

Gürcüstan müxalifəti fevralın 25-də dinc aksiyalar keçirməyi planlaşdırır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya jurnalistlərə bildirib.

Onun sözlərinə görə, nümayişlər Tbilisi və Batumidə təşkil olunacaq.

Müxalifətçi deyib ki, fevralın 25-də Gürcüstanda sovet hakimiyyətinin qurulduğu tarixdən 100 il ötəcək və aksiyalarda buna etiraz ifadə olunacaq.

N.Meliya analoji aksiyaların martın 31-də də keçiriləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi