Gürcüstan müstəqillik gününü qeyd edir

Gürcüstan müstəqillik gününü qeyd edir Baş nazir bayram münasibəti ilə silahlı qüvvələri təbrik edib
Region
26 May , 2015 23:38
Gürcüstan müstəqillik gününü qeyd edir

Bakı. 26 May. REPORT.AZ/ “Azadlığı qorumaq və müdafiə etmək lazımdır”. "Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri İrakli Garibashvili mayın 26-da müstəqillik günü münasibətilə Tbilisidəki Azadlıq meydanında çıxışı zamanı deyib.

Baş nazir bayram münasibəti ilə silahlı qüvvələri təbrik edib və ölkənin ərazi bütövlüyü uğrunda canını qurban verən qəhrəmanları anmağa çağırıb.

Garibashvili qeyd edib ki, biz bu gün müstəqil dövlətdə yaşayırıq və məhz buna görə, bu ideyanı həyəta keçirənlər qarşısında məsuliyyət daşıyırıq və gələcək nəsillərə də vahid və güclü dövlət qoyub getməliyik.

Xatırladaq ki, mayın 26-da Gürcüstan müstəqillik gününü qeyd edir.

Son xəbərlər

Orphus sistemi