Gürcüstan Müsəlmanları İdarəsi telekanal direktorunu üzr istəməyə çağırıb  

Gürcüstan Müsəlmanları İdarəsi telekanal direktorunu üzr istəməyə çağırıb   Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi və Ruhanilər Heyəti “Mtavari” televiziya kanalının baş direktoru Nika Qvramiyanın efirdə səsləndirdiyi sözlərlə bağlı bəyanat yayıb.
Region
898
12 Yanvar , 2021 21:27
Gürcüstan Müsəlmanları İdarəsi telekanal direktorunu üzr istəməyə çağırıb  

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi və Ruhanilər Heyəti “Mtavari” televiziya kanalının baş direktoru Nika Qvramiyanın efirdə səsləndirdiyi sözlərlə bağlı bəyanat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənəddə baş direktorun Allah və Onun Rəsulu Məhəmməd Peyğəmbər haqqında yersiz müqayisəsi hiddətlə qınanıb.

GMİ N.Qvaramiyanı müsəlman icmasından üzr istəməyə çağırıb.

“Çünki bütün peyğəmbərlər haqqında müqayisəli şəkildə olsa da belə, onların şəxsiyyətinə aid edilən xoşagəlməz bənzətmələr birmənalı olaraq yolverilməzdir. Onu da qeyd edək ki, N.Qvaramiyanın bu müqayisəsində Allah və İslam Peyğəmbəri sanki qorxulu bir varlıq kimi də anlaşılmaqdadır. Buna görə insanları hər zaman bütün İlahi Peyğəmbərlər haqqında söz və ifadələrində diqqətli olub, sayğılı davranmağı tövsiyə edirik”, - bəyanatda qeyd olunub.

Xatırladaq ki, N.Qvaramiya Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin siyasətdən getməsi barədə açıq məktubunu şərh edərkən özünün sözlərinə görə, yarızaraftla deyib ki, orada praktiki olaraq Saakaşvilinin Allah, Qvaramiyanın isə onun rəsulu Məhəmməd olduğu yazılıb.

Son xəbərlər

Orphus sistemi