Gürcüstan müntəzəm uçuşların bərpasını təxirə salır

Gürcüstan müntəzəm uçuşların bərpasını təxirə salır “Gürcüstan müntəzəm uçuşların bərpasının iyul ayının sonuna qədər təxirə salmalı olacaq”.
Region
693
25 İyun , 2020 12:46
Gürcüstan müntəzəm uçuşların bərpasını təxirə salır

“Gürcüstan müntəzəm uçuşların bərpasının iyul ayının sonuna qədər təxirə salmalı olacaq”.

“Report” xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan hökumətinin turizmlə bağlı əsas vəzifəsi epidemioloji vəziyyətin idarə olunması və əhalinin sağlamlığının qorunmasıdır.

N.Turnava beynəlxalq ziyarətçilərlə bağlı ehtiyatlı davranmanın olacağını deyib: “Çarter reyslərinin yerinə yetirilməsi davam etdiriləcək. Müntəzəm reyslərin bərpası ilk növbədə dünyadakı epidemioloji vəziyyətdən asılıdır”.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən sərhədlərini xarici turistlər üçün açmağı planlaşdırırdı.

Son xəbərlər

Orphus sistemi