Gürcüstan MSK-ya sədr seçilib

Gürcüstan MSK-ya sədr seçilib Giorgi Kalandarişvili yenidən Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçilib.
Region
15 fevral 2022 14:30
Gürcüstan MSK-ya sədr seçilib

Giorgi Kalandarişvili yenidən Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçilib.

“Report”un yerli bürosu xəbər verir ki, parlamentin plenar iclasında 84 deputat onun namizədliyini dəstəkləyib, 2-si əleyhinə olub.

Digər namizəd Tengiz Tevzadzenin namizədliyinin lehinə isə 18 deputat səs verib.

G.Kalandarişvili növbəti 6 ay müddətində MSK-ya sədrlik edəcək.

Qeyd edək ki, G.Kalandarişvil ötən ilin avqustundan MSK-nın sədri olub. Qanunverici orqanda yetərli səs toplanmadığına görə o, bu vəzifəni 6 ay müddətində tutub. Sədrin 5 il müddətinə seçilməsi üçün ən azı 100 səs tələb olunur.

Son xəbərlər

Orphus sistemi