Gürcüstan MSK: “Seçici fəallığı 49,1 % olub”

Gürcüstan MSK: “Seçici fəallığı 49,1 % olub” Gürcüstanda yerli özünüidarəetmə orqanlarına bu gün keçirilmiş seçkilərin ikinci mərhələsində seçici fəallığı 49,09 % təşkil edib.
Region
30 Oktyabr , 2021 21:48
Gürcüstan MSK: “Seçici fəallığı 49,1 % olub”

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına bu gün keçirilmiş seçkilərin ikinci mərhələsində seçici fəallığı 49,09 % təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, Gürcüstan üzrə 1 025 406 seçici səsvermə hüququndan istifadə edib.

Tbilisidə isə seçicilərin fəallığı 47,7 % olub.

Qeyd edək ki, seçkilərin ilk turu oktyabrın 2-də baş tutub və seçici fəallığı 51,92 %-ə bərabər olub.

Son xəbərlər

Orphus sistemi