Gürcüstan MSK: Seçici fəallığı 20%-ə yaxınlaşır

Gürcüstan MSK: Seçici fəallığı 20%-ə yaxınlaşır Tbilisi. 28 noyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkilərinin ikinci turunda seçici fəallığı saat 12:00 üçün 19,6% təşkil edib.
Region
28 Noyabr , 2018 13:14
Gürcüstan MSK: Seçici fəallığı 20%-ə yaxınlaşır

Tbilisi. 28 noyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkilərinin ikinci turunda seçici fəallığı saat 12:00 üçün 19,6% təşkil edib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib.

O deyib ki, seçkilərin birinci turunun eyni göstəricisi ilə müqayisədə seçici fəallığı daha yüksəkdir. Oktyabrın 28-də keçirilmiş seçkilərin birinci turunda saat 12:00 üçün seçici fəallığı 15,95% olub.

Son xəbərlər

Orphus sistemi