Gürcüstanda saxlanılan sabiq MSK sədri azadlığa buraxılıb - YENİLƏNİB

Gürcüstanda saxlanılan sabiq MSK sədri azadlığa buraxılıb - YENİLƏNİB Tbilisi Şəhər Məhkəməsi saxlanılan Qalib Gürcüstan Partiyasının üzvü Quram Çalaqaşvilinin işinə baxıb.
Region
1 Oktyabr , 2019 15:12
Gürcüstanda saxlanılan sabiq MSK sədri azadlığa buraxılıb - YENİLƏNİB

Tbilisi Şəhər Məhkəməsi saxlanılan Qalib Gürcüstan Partiyasının üzvü Quram Çalaqaşvilinin işinə baxıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, məhkəmə müxalifətçinin azadlığa buraxılması barədə qərar qəbul edib.

Daxili İşlər Nazirliyi Q.Çalaqaşvilinin qanun pozuntusuna yol verməsini əks etdirən videoyazını məhkəməyə tam təqdim etməyib.

İş üzrə məhkəmə prosesi oktyabrın 8-də bərpa olunacaq.

Qeyd edək ki, polis Q.Çalaqaşvilini xırda xuliqanlıq üstündə saxlayıb.


***12:30

Gürcüstanın müxalif Qalib Gürcüstan Partiyasının üzvü Quram Çalaqaşvili saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, onun saxlanılmasına səbəb izibati qayda pozuntusu olub.

Qeyd edək ki, Q.Çalaqaşvili 2006-2007-ci illərdə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri olub. 2007-2013-cü illərdə isə o, Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasına rəhbərlik edib. 

Son xəbərlər

Orphus sistemi