Gürcüstan MSK-nın beş nümayəndəsi Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

Gürcüstan MSK-nın beş nümayəndəsi Azərbaycanda parlament seçkilərini müşahidə edəcək Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin müşahidəsi üçün Azərbaycana göndəriləcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Region
3 Fevral , 2020 13:45
Gürcüstan MSK-nın beş nümayəndəsi Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin müşahidəsi üçün Azərbaycana göndəriləcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.

Onun sözlərinə görə, nümayəndə heyətinə beş nəfər daxil edilib: “Heyətdə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Giorgi Şarabidze, katibi Giorgi Cavaxişvili, Hüquq departmanetinin rəhbəri Giorgi Dzaqania, İnsan resursları departametinin rəhbəri Giorgi Kalandarişvili və Seçki sistemlərinin inkişafı, islahatlar və treninqlər Mərkəzinin direktoru Natia Zaalişvili təmsil olunurlar”. 

Son xəbərlər

Orphus sistemi