Gürcüstan Milli Muzeyinin direktoru: “Qarabağ Qafqaz tədqiqatçıları üçün böyük maraq kəsb edəcək”

Gürcüstan Milli Muzeyinin direktoru: “Qarabağ Qafqaz tədqiqatçıları üçün böyük maraq kəsb edəcək” “Azərbaycan Qarabağda tarixi ədaləti bərpa edib. Hazırda işğaldan azad olunmuş ərazilərdə sürətli templərlə yenidənqurma və bərpa işləri aparılır”.
Region
22 İyul , 2022 16:23
Gürcüstan Milli Muzeyinin direktoru: “Qarabağ Qafqaz tədqiqatçıları üçün böyük maraq kəsb edəcək”

“Azərbaycan Qarabağda tarixi ədaləti bərpa edib. Hazırda işğaldan azad olunmuş ərazilərdə sürətli templərlə yenidənqurma və bərpa işləri aparılır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Milli Muzeyinin Baş direktoru David Lordkipanidze Tbilisidə keçirilən “Gürcüstan-Azərbaycan: Əsrlərin sınağından keçmiş dostluq irsi” adlı beynəlxalq konfransda çıxışında deyib.

Onun sözlərinə görə, Qarabağ bölgəsi Qafqazın bütün alim və tədqiqatçıları üçün araşdırma baxımından böyük maraq kəsb edəcək.

D.Lordkipanidze qeyd edib ki, Azərbaycan və Gürcüstanın imperiya altında olmalarına baxmayaraq, iki xalq onları birləşdirən cəhətləri müəyyən etdilər: “Bizim əsas məqsədimiz Qafqazı tədqiq etməkdir. Gürcü və azərbaycanlı tədqiqatçıların araşdırmaları dünya üçün maraqlı olacaq. Birgə tədqiqatlar üçün bir sıra maraqlı mövzular mövcuddur”.

Son xəbərlər

Orphus sistemi