Gürcüstan Milli Bankı uçot dərəcəsini azaldıb

Gürcüstan Milli Bankı uçot dərəcəsini azaldıb Gürcüstan Milli Bankı uçot dərəcəsini 0,25% azaldaraq 8,25% səviyyəsində təsdiqləyib.
Region
24 İyun , 2020 13:46
Gürcüstan Milli Bankı uçot dərəcəsini azaldıb

Gürcüstan Milli Bankı uçot dərəcəsini 0,25% azaldaraq 8,25% səviyyəsində təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bankdan bildirilib.

Qeyd olunub ki, may ayında Gürcüstanda illik inflyasiya 6,5% təşkil edib. Milli Bankın proqnozuna əsasən, inflyasiya ilin qalan dövründə tədricən azalmaqda davam edəcək və 2021-ci ilin birinci yarısında hədəf səviyyəsinə çatacaq.

Bank iqtisadiyyatda və maliyyə bazarlarında baş verən prosesləri izləməkdə davam edəcəyini və qiymət sabitliyini təmin etmək üçün bütün vasitələrdən istifadə edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi