Gürcüstan Milli Bankı hərraca 40 mln. dollar çıxaracaq

Gürcüstan Milli Bankı hərraca 40 mln. dollar çıxaracaq Gürcüstan Milli Bankı avqustun 1-də valyuta hərracında 40 mln. ABŞ dolları satacaq.
Region
31 İyul , 2019 18:19
Gürcüstan Milli Bankı hərraca 40 mln. dollar çıxaracaq

Gürcüstan Milli Bankı avqustun 1-də valyuta hərracında 40 mln. ABŞ dolları satacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Milli Bankdan bildirilib ki, müsbət daxili və xarici makroiqtisadi dinamikaya baxmayaraq, turizm və mənfi gözləntilər şokları fonunda hazırkı mübadilə məzənnəsi göstəricisi qiymətlərin sabitliyini təhlükə altında qoya bilər: “Bu riskin qarşısını almaq məqsədi ilə Milli Bank səlahiyyətində olan alətlərdən ardıcıl istifadəni məqsədəuyğun hesab edir”.

Milli Bank monetar siyasəti sərtləşdirəcəyini də istisna etməyib. Ehtiyac yaranacağı halda, bank yaxın günlərdə də intervensiyalar həyata keçirəcək.

Qeyd edək ki, Gürcüstan Milli Bankının avqustun 1-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2, 9718 təşkil edir.

Son xəbərlər

Orphus sistemi