Gürcüstan məhkəməsi Marneulinin sabiq rəhbərini həbsdə saxlayıb

Gürcüstan məhkəməsi Marneulinin sabiq rəhbərini həbsdə saxlayıb Tbilisi. 6 sentyabr. REPORT.AZ/ Gürcüstanın Rustavi şəhər məhkəməsində Marneuli rayonunun sabiq rəhbəri Temur Abazovun işi üzrə məhkəmə iclası keçirilib.
Region
6 sentyabr 2018 19:28
Gürcüstan məhkəməsi Marneulinin sabiq rəhbərini həbsdə saxlayıb

Tbilisi. 6 sentyabr. REPORT.AZ/ Gürcüstanın Rustavi şəhər məhkəməsində Marneuli rayonunun sabiq rəhbəri Temur Abazovun işi üzrə məhkəmə iclası keçirilib.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, saat 13:00-da başlamış məhkəmə iclasına bu saatlarda yekun vurulub.

Məhkəmə prosesi zamanı T.Abazova qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb. İttihamlara şəxsi həyatı əks etdirən materialın əldə olunması, internet və sosial şəbəkələrdə yayılması da əlavə olunub.

Məhkəmədə çıxış edən T.Abazov ona qarşı irəli sürülmüş bütün ittihamları əsassız adlandırıb. O, cinayətkar olmadığını qeyd edərək, həmişə qanunlara tabe olduğunu söyləyib.

Müdafiə tərəfi istintaqın başa çatdığını bildirərək, T.Abazovun azadlığa buraxılmasını tələb edib.

Məhkəmə T.Abazovun həbsdə saxlanılması barədə qərar qəbul edib.

İş üzrə növbəti məhkəmə iclası sentyabrın 20-nə təyin olunub.

T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb.

Son xəbərlər

Orphus sistemi